Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 0,97 W/kg.
Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan
asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumatın ardınca www.nokia.com
saytında verilə bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat
37
UYĞUNLUQ BƏYANNAMƏSİ
Bununla, NOKİA CORPORATION bildirir ki, bu RM-604
məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq
göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin
surətini http://www.nokia.com/phones/
declaration_of_conformity/ internet saytında əldə etmək olar.
© 2009 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People və Navi NOKİA
Korporasiyasının qeydiyyata alınmış əmtəə nişanlarıdırlar.
Nokia tune Nokia Korporasiyasının səsli əmtəə nişanıdır. Bu
sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin
adları onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin
əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə
müəyyən bir qisminin və ya tam surətinin çıxarılması,
köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir.
Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia bu sənəddə
göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq
etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna
malikdir.
Includes RSA BSAFE cryptographic or security protocol
software from RSA Security.
Java is a trademark of Sun Microsystems, Inc.
Bu məhsul (i) Fərdi və qeyri-ticari fəaliyyətlə məşğul olan
istehlakçı tərəfindən MPEG-4 Visual Standartına uyğun
şəkildə şifrələnən məlumatın fərdi və qeyri-ticari istifadəsi
üçün və (ii) lisenziyalaşdırılmış video təminatçısı tərəfindən
təmin edilən MPEG-4 videosunun istifadəsi üçün MPEG-4
Visual Patent Portfolio Lisenziyası ilə təmin olunub. Başqa
məqsədlə istifadə olunması üçün heç bir əlavə lisenziya
verilmir və ya nəzərdə tutulmayacaqdır. Köməkçi, daxili və
kommersiya istifadəsi ilə əlaqədar olan əlavə məlumat
MPEG LA, LLC-dən əldə edilə bilər. Bax: http://
www.mpegla.com.
MÜVAFİQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN
MAKSİMUM DƏRƏCƏDƏ NOKİA, YA DA ONUN HƏR-
HANSI BİR LİSENZİYALAŞDIRANI HƏR-HANSI
MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI
XÜSUSİ, TƏSADÜFİ, ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI
YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR
MƏSULİYYƏT DAŞIMIR.
BU SƏNƏDIN MƏTNI "OLDUĞU KIMI" TƏQDIM EDILIR.
MÜVAFIQ GANUNVERICILIYIN TƏLƏBLƏRI ISTISNA
OLMAQLA, BU SƏNƏDIN DƏQIQLIYI, ETIBARLILIĞI VƏ
YA MƏTNINƏ DAIR HEÇ BIR BIRBAŞA VƏ YA
ƏLAQƏLƏNDIRILMIŞ ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN
BUNUNLA MƏHDUDLAŞDIRILMADAN) ƏMTƏƏ
VƏZIYYƏTI VƏ XÜSUSI MƏQSƏDLƏR ÜÇÜN
YARARLIĞINA DAIR ƏLAQƏLƏNDIRILMIŞ ZƏMANƏT
VERILMIR. NOKIA ISTƏNILƏN VAXT BU SƏNƏDIN
ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN
DƏYIŞDIRILMƏSI VƏ YA ISTIFADƏDƏN ÇIXARILMASI
HÜQUQUNA MALIKDIR.
Bəzi məhsulların, qoşma proqramların və xidmətlərin
mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş
olunur ki, əlavə məlumat üçün və dil seçiminin mövcudluğu
ilə bağlı öz Nokia dilerinizə müraciət edəsiniz. Bu cihazda
ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe
olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər.
Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.
Sizin cihazınızla birgə verilən üçüncü tərəfin proqramları ola
bilsin ki, Nokia ilə heç bir əlaqəsi, və ya ona aidiyyəti olmayan
şəxslər, ya da müəssisələr tərifindən istehsal olunublar.
Nokia üçüncü şəxslərin qoşma proqramları ilə bağlı müəlliflik
hüquqlarına və ya əqli mülkiyyət hüquqlarına malik deyil.
Bununla bağlı olaraq Nokia bu proqramların son istehlakçı
dəstəyi, proqramların işləməsi və ya onların daşıdığı
məlumat ilə bağlı heç bir məsuliyyət daşımır. Bu üçüncü-
tərəf proqramlarla bağlı Nokia zəmanət vermir. SİZ GƏBUL
EDİRSİNİZ Kİ, PROQRAM VƏ/VƏ YA QOŞMA
PROQRAMLAR (BİRLİKDƏ PROQRAMLAR) OLDUĞU
KIMI BİRBAŞA VƏ YA İCBARI ZƏMANƏTSİZ VƏ TƏTBİQ
EDİLƏN QANUNVERİCİLİYİN YOL VERDİYİ MAKSİMUM
DƏRƏCƏDƏ TƏMİN EDİLİR. NOKİA ŞİRKƏTİ VƏ ONUN
FİLİALLARI HEÇ BİR TƏSDİQ VƏ YA BİRBAŞA YAXUD
İCBARİ ZƏMANƏT VERMİR, O CÜMLƏDƏN PROQRAMIN
ADI, SATIŞ VƏ YA MÜƏYYƏN MƏQSƏD ÜÇÜN
YARARLIĞINA VƏ YA PROQRAMIN ÜÇÜNCÜ
ŞƏXSLƏRİN PATENT, MÜƏLLİFLİK, ƏMTƏƏ NİŞANLARI
İLƏ BAĞLI VƏ DİGƏR HÜQUQLARININ
POZULMAYACAĞINA DAİR ZƏMANƏT VERMİR.
/Məsələ AZ
38
3.0