GPS haqqında
GPS qəbuledicisi
Cihazınızın daxili GPS qəbuledicisi yoxdur. GPS bağlantısını tələb edən
proqramlardan istifadə etmək üçün uyğun olan xarici GPS qəbuledicisinindən istifadə
edin (aksessuar ayrı satılır).
Xarici GPS qəbuledicisindən istifadə etmək
1 Uyğun olan GPS qəbuledicisini tamam doldurun və işə salın.
2 Cihazınız və GPS qəbuledicisi arasında Bluetooth bağlantısını yaradın.
3 GPS qəbuledicisini açıq səma altında yerləşdirin.
4 Xəritələr proqramını açın və xarici GPS qəbuledicisini seçin.
Cihazınızı xarici GPS qəbuledicisi ilə cütləşdirdikdən sonra, cihazın hazırki yerinizi
göstərməsi bir neçə dəqiqə çəkə bilər.
Siz GPS-dən Xəritələr proqramını dəstəkləmək üçün istifadə edə bilərsiniz. Yerinizi
tapın və ya məsafələri ölçün.
Siz həmçinin Xəritələr proqramından GPS qəbuledicisi olmadan xəritələri nəzərdən
keçirmək, ünvanları və yerləri axtarmaq və marşrutları planlaşdırmaq üçün istifadə edə
bilərsiniz.